• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

İsrail səfiri Azərbaycanla bağlı paylaşım edib

İsrail səfiri Azərbaycanla bağlı paylaşım edib
07.04.2024 10:43
Azərbaycanın İsraildə səfirlik açması Bakı – Təl-Əviv əlaqələrinin artan gücü və yaxınlığının göstəricisidir.
 
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşımında qeyd edib.
 
"Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edirik. Cəmi bir il öncə biz Azərbaycanın İsraildə səfirliyinin açılışını qeyd etdik. Bu mərhələ bizim əlaqələrimizin getdikcə artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz üçün daha da parlaq perspektivlərlə dolu gələcək naminə!”, – diplomat yazıb.
 
1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə 2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edilib
Siyasət 22:00
Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edilib
Əliyev "Azərbaycan məhəlləsi"nin açılışında iştirak edəcək
Siyasət 21:05
Əliyev "Azərbaycan məhəlləsi"nin açılışında iştirak edəcək
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 20:00
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanla Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət 19:30
Azərbaycanla Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
Siyasət 17:24
Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
Hakan Fidan Rusiyaya gedəcək
Siyasət 14:26
Hakan Fidan Rusiyaya gedəcək
Peter Mixalko Azərbaycanı təbrik edib
Siyasət 22:52
Peter Mixalko Azərbaycanı təbrik edib
Avropa liderləri Bakı və İrəvandaTOPLAŞACAQ
Siyasət 20:11
Avropa liderləri Bakı və İrəvandaTOPLAŞACAQ
Samir Nuriyev Ağdamda Qərargahın növbəti iclasın keçirib
Siyasət 19:11
Samir Nuriyev Ağdamda Qərargahın növbəti iclasın keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol