"Report" xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
Netanyahu güman edir ki, ölkəsinin qaz hasilatı sahəsinin imkanları böyükdür və yanacağı təkcə Türkiyəyə deyil, həm də Kiprə, Yunanıstana, o cümlədən Misir və İordaniyaya satmağa imkan verir. Qüds mümkün qaz alıcıları arasında Avropa dövlətlərini də görür.
Netanyahu bildirib ki, hazırda Türkiyə ilə qaz sahəsində əməkdaşlıq müzakirə olunur. İsraildə "Tamar" və "Leviafan" yataqlarının işlənməsinə böyük ümidlər bəslənilir.
Müqavilənin bağlanması İsrail və Türkiyə arasında münasibətlərin normallaşmasına gətirib çıxara bilər. İki ölkə arasında münasibətlər 2010-cu ildə, İsrailin Qəzza zolağının mühasirəsini yarmağa çalışan "Azadlıq donanması"na hücumundan sonra korlanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !