İsrail XİN İspaniyadakı səfirini geri çağırıb

18:45 | 30.11.2023
İsrail XİN İspaniyadakı səfirini geri çağırıb

İsrail XİN İspaniyadakı səfirini geri çağırıb

İsrail İspaniyanın Baş naziri Pedro Sançesin bəyanatlarına görə Madriddəki səfirini geri çağırıb.

Bu barədə İsrailin xarici işlər naziri Eli Koen "X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Əsassız ittihamları təkrarlayan İspaniyanın baş nazirinin sözlərindən sonra mən oradakı səfirimizə zəng etdim və məsləhətləşmələr üçün Yerusəlimə qayıtmasını söylədim”, - o vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM