İsraildəki Azərbaycan səfirliyi vətəndaşlara müraciət edib

19:34 | 11.10.2023
İsraildəki Azərbaycan səfirliyi vətəndaşlara müraciət edib

İsraildəki Azərbaycan səfirliyi vətəndaşlara müraciət edib


Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib.

Müraciət səfirliyin "X" səhifəsində yayımlanıb.

"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşları ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - müraciətdə deyilir.

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM