Bakıda 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi keçirilir. Bu sərgidə iştirak etmək üçün İsrailin müdafiə naziri Moşe Yaalon və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdədir. Unikal hadisədir, çünki İsrail - dünya silah texnologiyasında öz yüksək standartlarını quran bir ölkə Azərbaycana öz mütəxəssislərini göndərib. Onların ən azı 10 illik silah istehsalı təcrübəsi var.Ölkədə səfərdə olan qonaqlar prezident İlham Əliyevin də qəbulunda olublar və tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.İsrail KİV-i deyir ki, bu, İsrail hərbi siyasət rəhbərinin Azərbaycana ilk səfəridir.Bizim İsraillə əlaqələrimiz İranı, Rusiyanı, ərəb ölkələrini, indiysə Rəcəb Teyyub Ərdoğanın prezidentlik etdiyi Türkiyəni çox qıcıqlandırır. Qonşulardan, çox güman ki, yalnız Gürcüstan bu məsələyə mülayim yanaşır. Forpostun mövqeyi isə heç kəsi maraqlandırmır.Bəs bunun bizə nə faydası? Zərərinin olması aşkardır – dörd qonşu ölkə susaraq hiddətlənir. İran da susmaqla cavab verir. Türkiyəyə gəlincə, hələ üstəlik İlham Əliyev Ərdoğanın prezident inaqurasiyasında iştirak etmədi.Bəs fayda? İsrail optikası Azərbaycan ordusunun silahlandırılmasına yönəlmiş Rusiya hücum zirehli texnikasına qurulur. Bakı az miqdarda İsrail atıcı silahı, pilotsuz ölümcül vasitələr və Azərbaycanda Pilotsuz Uçuş təyyarəsi istehsalı üçün hissələr alır. Bu, yerli mətbuatda verilən rəsmi məlumatlardır.Amma düşünmürəm ki, bu maddi dividentlər bizə qonşuların narazılığından daha çox hiss olunan itkiləri kompensasiya edir. Xüsusən də, əgər Ermənistanla müharibə yoxdursa, əgər bu müharibə olmayacaqsa, onda İsrail silahları nəyə gərək?
Kamal ƏliANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !