İsrailin sabiq baş naziri altı il həbs cəzası aldı

18:02 | 13.05.2014
İsrailin sabiq baş naziri altı il həbs cəzası aldı

İsrailin sabiq baş naziri altı il həbs cəzası aldı

Təl-Əviv dairə məhkəməsi İsrailin sabiq baş naziri Ehud Olmerti altı il müddətinə həbs cəzasına məhkum edib. O, Yerusəlimdə "Xolilend" məşhur yaşayış komleksinin tikintisinə yardıma görə rüşvət almaqda günahlandırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti xəbər yayıb.

O, İsrail tarixində real həbs cəzası alan ilk hökumət başçısı olub. Sabiq baş nazir Ali Məhkəməyə hökmdən şikayət edə bilməsə, zorlamaya görə həbsdə olan sabiq prezident Moşa Katsavadan sonra ən yüksək rütbəli məmur olacaq.

Olmertin 1990-ci illər - 2000-ci illərin əvvəllərində Yerusəlimin meri postundakı fəaliyyəti ilə bağlı olan "Xolilend işi" onun hökumət başçısı postundan istefasına səbəb olub və siyasi karyerasının bərpa etmək imkanından məhrum edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti