İsrailin sabiq baş naziri həbs edildi

23:05 | 13.05.2014
İsrailin sabiq baş naziri həbs edildi

İsrailin sabiq baş naziri həbs edildi

İsrailin sabiq Baş naziri Ehud Olmertə 6 il həbs cəzası verilib. 
ANS TV-nin məlumatına görə, keçmiş nazir rüşvət almaqda təqsirli bilinib. Bu ilin martında Tel-Əviv dairə məhkəməsi sübut etmişdi ki, Ehud Olmert Qüds şəhərinin meri olduğu vaxtlarda bir iş adamından 500 min şekel, yəni 140 min dollar həcmində rüşvət alıb.
Rüşvət müqabilində Olmert həmin iş adamının Qüds şəhərində bir tikinti layihəsində maraqlarını müdafiə edib. 68 yaşlı keçmiş Baş nazir özü isə bu gün hökmün oxunması zamanı bir daha özünü təqsirli olmadığını bəyan edib. 
Olmertlə birlikdə daha 12 nəfər də müttəhimlər kürsüsündə əyləşib. Onların arasında Qüds administrasiyasının bir sıra keçmiş nümayəndələri, Qüdsün keçmiş meri və iş adamları da var. Sabiq Baş nazirə qarşı rüşvətxorluqdan başqa digər maddələrlə də ittihamlar irəli sürülmüşdü, lakin o, həmin maddələr üzrə bəraət alıb. 
Qeyd edək ki, Ehud Olmert İsrail tarixində açılmış istintaq işindən dolayı öz vəzifəsindən istefa verməli olan və həbs cəzası alan ilk Baş nazir olub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti