Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib.
Bu barədə TDT məlumat yayıb.
İclasda TDT-nin gündəliyində duran məsələlərin müzakirəsi üçün Katibliyin rəsmiləri, eləcə də TDT-yə üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.
İştirakçılar Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Zirvə Toplantısının təşkili ilə bağlı məsələləri də müzakirə ediblər, Sammit zamanı imzalanacaq sənədlərin Türk Dünyasında əlaqələrin gücləndirilməsi və ortaq məqsədlərin irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nümayəndə heyətləri regionda və onun hüdudlarından kənarda sabitliyi, firavanlığı və sülhü təşviq etmək üçün əməkdaşlıq və birgə təşəbbüslər üçün potensial imkanları araşdırıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !