İstanbul polisi Taksim meydanına bütün girişləri bağlayıb.
İstanbulda 1 may - əmək gününü qeyd etmək istəyənlərlə polislər arasında toqquşmalar olub.
ANS PRESS-in məlumatına görə, toqquşmalar nəticəsində 38 nəfər yaralanıb.
Belə ki, yürüş iştirakçıları Taksim meydanına daxil olmaq istəyiblər. Polis qüvvələri yürüş iştirakçılarının meydana girişinin qarşısını alıb. Nəticədə nümayişçilər polisə daş və içərisində alışdırıcı maye olan şüşə qablar atıblar. Polis yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. Hazırda İstanbulda polis Taksim meydanına bütün girişləri bağlayıb.
Mitinqdə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri də iştirak edir.
***
12:05
İstanbulda polis və yürüş iştirakçıları arasında toqquşmalar başlayıb.
Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.
Yürüş iştirakçıları polisə daş və içərisində alışdırıcı maye olan şüşə qablar atıblar. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, bu gün Türkiyədə 1 May yürüşləri keçirilir. Hazırda İstanbulda polisi Taksim meydanına bütün girişləri bağlayıb.
***
11:19
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri 1 May yürüşünün keçirilməsi üçün İstanbulun Taksim meydanına toplaşırlar.
Trend-in məlumatına görə, polis aksiya iştirakçılarını dağılışmağa çağırsa da, onlar buna heç bir reaksiya verməyiblər.
Hazırda İstanbul polisi Taksim meydanına bütün girişləri bağlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !