İstanbulun 8 rayonunda - Küçükçəkməcə, Sultanqazi, Başakşehir, Bağcılar, Bahçelievlər, Esenyurt, Ataşehir və Bakırköydə yerli Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi antiterror əməliyyat keçirib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Xəbərə görə, əməliyyatda çevik polis alayı, xüsusi təyinatlı polis dəstələri iştirak edib. Antiterror tədbiri nəticəsində 10-dan çox şübhəli tutulub. Onların terrorçu "İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi"nin ("DHKP-C") üzvü olduğu bildirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !