• $
  • £

ISTU rəhbərliyi Bakıdakı Autizm Mərkəzini ziyarət edib

ISTU rəhbərliyi Bakıdakı Autizm Mərkəzini ziyarət edib
10.02.2025 13:16

ISTU-nun rektoru Prof. Dr. Erdal Dursunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda yerləşən Autizm Mərkəzini ziyarət edib. Rektoru səfərdə müşaviri və Beynəlxalq Ofisin direktoru Bəxtiyar Nəcəfov və digər rəsmilər müşayiət edib. Səfər, "Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Dr. Aytan Eynalova və onun dəyərli komandası tərəfindən təşkil edilib.

Əlilliyi olan tələbələrin təhsil alması istiqamətində ixtisaslaşan və dünyada bu qəbildən xüsusi seçilən universitet olan Beynəlxalq Elm və Texnologiya Universiteti (ISTU), əlverişsiz qrupların dəstəklənməsi istiqamətində innovativ təşəbbüslərini davam etdirir. Bu missiya ISTU-nun əsas məqsədlərindən biri olan təhsildə əlçatanlıq və inklüzivliyi təşviq etmək prinsiplərinə söykənir.

Səfər çərçivəsində ISTU-nun nümayəndə heyəti Autizm Mərkəzində təşkil olunan peşəkar təcrübələr haqqında ətraflı məlumat alıb, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Görüş əsnasında autizm spektr pozuntusu və digər inkişaf məhdudiyyətləri olan şəxslərin təhsili üçün mövcud şərait, tətbiq edilən metodlar və beynəlxalq təcrübələr istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Tərəflər əlilliyi olan şəxslərin ISTU-da tam təqaüdlü təhsil almasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında vacib razılaşmalar əldə ediblər. Əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan tələbələrin universitetə qəbulu, təhsil prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və onların akademik potensialının dəstəklənməsi üçün müvafiq proqramların hazırlanması nəzərdə tutulur.

Bu razılaşma, əlilliyi olan şəxslər üçün təhsilin əlçatanlığının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. ISTU bu cür imkanlar yaratmaqla hər kəsin uğur qazanmasına şərait yaradan inklüziv təhsil mühiti formalaşdırmaqda davam edir. Universitet yalnız akademik təhsil verməklə kifayətlənməyərək, bu tələbələrin cəmiyyətə inteqrasiyası və əmək bazarında adaptasiyası üçün də müxtəlif layihələr icra edir.

Səfər və əldə edilən əməkdaşlıq ISTU-nun beynəlxalq əməkdaşlığa verdiyi önəmi və sosial inklüzivlik missiyasına sadiqliyini bir daha nümayiş etdirir. Bu təşəbbüs təkcə ISTU ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirmir, eyni zamanda qlobal səviyyədə bərabər təhsil imkanlarının təmin olunmasına töhəsini verir.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
Cəmiyyət 19:00
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Cəmiyyət 17:25
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
Cəmiyyət 17:21
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Cəmiyyət 16:38
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
Cəmiyyət 15:56
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Cəmiyyət 15:48
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
İpotekanı gözləyənlərin diqqətinə!
Cəmiyyət 15:43
İpotekanı gözləyənlərin diqqətinə!
İlqar Hacıyev qiyabi 15 il həbs cəzasına məhkum edilib
Cəmiyyət 15:39
İlqar Hacıyev qiyabi 15 il həbs cəzasına məhkum edilib
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq
Cəmiyyət 15:22
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol