İsveçdə azərbaycanlılar Orduya dəstək aksiyası keçirdi

18:30 | 16.07.2020
İsveçdə azərbaycanlılar Orduya dəstək aksiyası keçirdi

İsveçdə azərbaycanlılar Orduya dəstək aksiyası keçirdi

Bir neçə gündür Tovuz rayonu istiqamətində baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün iyulun 15-də İsveçin ikinci ən böyük şəhəri olan Höteborqda Azərbaycanlıların həmrəylik və birlik aksiyası keçirilib.

Publika.az xəbər verir ki, şəhərin mərkəzində baş tutan aksiyada 100-dən artıq azərbaycanlı iştirak edib, şəhidlərin xatirəsini dərin ehtiramla yad edərək, İsveçdə yaşayan azərbaycanlıların səfərbərlik olacağı təqdirdə hər zaman Qarabağ uğrunda savaşa hazır olduqlarını bəyan ediblər.

Daha sonra aksiya Azərbaycanın milli himni və vətənpərvərlik mahnılarının müşayəti ilə 50-dən çox avtomobil karvanının şəhərin mərkəzində hərəkəti ilə tamamlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM