Qonşular silah səslərini eşidib polisə müraciət ediblər. Polisdən bildirilib ki, mənzildə 40 yaşlı kişi meyiti tapılıb.
İsveç polisi Quranın yandırılmasının təşkilatçısı Salvan Momikanı qətlə yetirməkdə şübhəli bilinən 5 nəfəri saxlayıb.
Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gedib və orada üç illik yaşayış icazəsi alıb. O, ictimaiyyətə 2023-cü ilin yayında bir neçə dəfə açıq şəkildə Quranı yandırması ilə tanınıb. Onun hərəkətləri İsveçdən kənarda da kəskin reaksiyaya səbəb olub.
2024-cü ilin avqustunda İsveç prokurorları Momika və başqa bir şəxsi Stokholmda Quran yandıran etirazlardan sonra milli ədavəti qızışdırmaqda ittiham ediblər.
Onun hökmü yanvarın 30-da verilməli idi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !