İsveçin Ukraynaya sayca 17-ci yardım paketi ayırıb

17:58 | 09.09.2024
İsveçin Ukraynaya sayca 17-ci yardım paketi ayırıb

İsveçin Ukraynaya sayca 17-ci yardım paketi ayırıb

İsveç 4,6 milyard İsveç kronu (443 milyon dollar) dəyərində yeni hərbi dəstək paketini Ukraynaya təqdim edib. Bu İsveçin Ukraynaya sayca 17-ci yardım paketi olacaq. Bu barədə  Reuters xəbər verir.

Ölkənin müdafiə naziri Pal Jonsson bildirib ki, yeni paketə İsveç tərəfindən əvvəllər təhvil verilmiş piyada döyüş maşınları üçün sursatlar, eləcə də gələcəkdə Gripen qırıcılarının transferini asanlaşdıra biləcək alışlar daxil olacaq, baxmayaraq ki, belə bir qərar hələ qəbul edilməyib.

Onun sözlərinə görə, hökumət növbəti mümkün mərhələdə bu təyyarələri Ukrayna tərəfinə verə bilmək niyyətindədir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür