İsveçrə Azərbaycana saat ixracını artırıb

18:53 | 16.08.2023
İsveçrə  Azərbaycana saat ixracını  artırıb

İsveçrə Azərbaycana saat ixracını artırıb

2023-cü ilin birinci yarısında İsveçrədən Azərbaycana saat və onların hissələrinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 19,4% artaraq 5,108 milyon frank (5,191 milyon avro) təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. 

Statistikaya görə, İsveçrə saat istehsalçıları  yanvarda Azərbaycana 0,696 milyon frank (0,699 milyon avro), fevralda 0,729 milyon frank (0,736 milyon avro), martda 0,608 milyon frank (0,614 milyon avro), apreldə - 1,026 milyon frank (1,042 milyon avro), mayda - 1,028 milyon frank (1,055 milyon avro), iyunda - 1,02 milyon frank (1,045 milyon avro) dəyərində saat ixrac ediblər. 

2022-ci ildə İsveçrə Azərbaycana pul ifadəsində saat və onların hissələrinin ixracını 2021-ci illə müqayisədə 19,9% artıraraq 9,753 milyon franka (9,724 milyon avro) kimi çatdırıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM