Avropa Birliyi ilə İsveçrə hökuməti vergidən yayınma hallarının qarşısını almaq məqsədilə bank hesablarına dair informasiya mübadiləsi məsələsində razılığa gəliblər.
ANS PRESS-in məlumatına görə, yeni razılaşmaya əsasən, İsveçrə bankları vətəndaşların gizli hesab açmasını qadağan edir.
Açılan hesabların gəlir mənbəyi göstərilməlidir. Yeni müqavilə 2018-ci ildən qüvvəyə minəcək.
Avropa Birliyinin maliyyə və vergi məsələləri üzrə komissarı Pyer Moskovisi yeni razılaşmanı Avropada əmək-vergi münasibətlərinin daha ədalətli şəkildə formalaşdırılmasında irəliyə doğru addım kimi qiymətləndirib.
Avropa Birliyi, eyni zamanda, Monako, Lixtenşteyn və Andorra ilə də bank sektorunda analoji müqavilələr bağlamağı planlaşdırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !