İtaliya təmsilçisi mövsüm ərzində eyni baş məşqçini ikinci dəfə qovdu

21:00 | 05.02.2020
İtaliya təmsilçisi mövsüm ərzində eyni baş məşqçini ikinci dəfə qovdu

İtaliya təmsilçisi mövsüm ərzində eyni baş məşqçini ikinci dəfə qovdu

 

 

İtaliyanın "Breşiya" futbol komandası baş məşqçisi Eudjenio Korini ilə yollarını ayırıb.


"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.


Korini bu mövsüm ikinci dəfə "Breşiya"dan göndərilib. İtaliyalı məşqçi ilk olaraq 2019-cu ilin noyabrında işdən çıxarılıb. Daha sonra komanda Fabio Qrossoya tapşırılıb. Dekabr ayında isə Qrosso ilə yollar ayrılıb, komandaya yenidən Eudjenio Korini gətirilib.


Qeyd edək ki, "Breşiya" İtaliya A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM