• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

İtaliyada mafiya klanının üzvləri həbs olundu

İtaliyada mafiya klanının üzvləri həbs olundu
20.07.2021 20:00
Bu gün İtaliyanın Siciliya adasında polisin həyata keçirdiyi əməliyyat nəticəsində 16 nüfuzlu mafiya nümayəndəsi həbs edilib.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, həbslər Palermo şəhərində məskunlaşmış Brankaççio-Çiakulli klanına qarşı iki ildən bəri aparılan təhqiqatlardan sonra baş tutub.
Bu klan şirkət və sahibkarların şantaj və sıxışdırılmasında təqsirli bilinir.

Polisin məlumatına görə, regiondakı market, tikinti şirkətləri, apteklər, mağazalar, kafe və diskotekaların sahibləri klan üzvlərinidən polisə şikayət edərək, təzyiqlərə məruz qaldıqlarını və mafiyaya pul ödəməyə məcbur edildiklərini bildiriblər.

Pandemiya ilə əlaqədar lokdaun tətbiq olunduğu dövrdə şirkətlərin fəaliyyətlərini dayandırmalarına baxmayaraq, mafiya üzvləri ödənişlərin davam etməsini tələb ediblər.

Polisin məlumatında, həmçinin bildirilir ki, Brankaççio-Çiakulli klanı narkotik vasitələrin ticarətində fəal iştirak edir. Bu klan Koza Nostra (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 180 ailədən biri hesab olunur.

Siciliyada təşəkkül tapan və İtaliyanın ən qədim cinayətkar şəbəkələrindən biri olan Koza Nostra ciddi iyerarxik quruluşa malikdir və daxili kodekslə müəyyənləşən ciddi intizam qaydalarına əsaslanır. Şəbəkənin əhatə dairəsinə ölkənin Siciliya və Apuliya regionları, eləcə də Mərkəzi və Şimali İtaliya daxildir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol