Nazir yeni növ koronavirusu izolə etdiklərini açıqlayıb:
Roberto Sperenza
"Virusu izolə etdik. İtaliya Avropada bunu bacaran ilk ölkə oldu. Bunun mənası isə belədir: virus üzərində daha yaxşı işləməyə və yayılmasının qarşısını almağa şərait yaranıb. Artıq virusa qarşı vaksinin hazırlanması asanlaşacaq. Xəstəliyə qarşı müalicə metodlarını müəyyənləşdirmək də sürətlənəcək. Bu məlumatı bütün elm dünyasına təqdim edirik”.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halı qeydə alındıqdan sonra Çinə uçuşlar dayandırılıb. Çinin Uhan şəhərindəki 60-dək italiyalı isə sabah ölkələrinə təxliyyə olunacaqlar. (Qafqazinfo.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !