İtən alpinistlər “RECCO” cihazı ilə axtarılır - FOTOLAR

14:06 | 06.02.2018
İtən alpinistlər “RECCO” cihazı ilə axtarılır - FOTOLAR

İtən alpinistlər “RECCO” cihazı ilə axtarılır - FOTOLAR

Ötən ilin dekabrın 23-də "Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində itkin düşən üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənın axtarışları davam edir.

AzVision.az xəbər verir ki, bununla bağlı son məlumatı könüllü axtarış qrupunun üzvü, dağçı Sirxan Məmmədov paylaşıb. 

O, sosial şəbəkədəki hesabında axtarışlarla bağlı bəzi detalları açıqlayıb: "Fevralın 2-də, səhər saat 10:00-da 6 nəfər FHN xüsusi riskli xilasediciləri və 4 nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz "RECCO" cihazı ilə axtarışlara başladıq. Uçqun olan yerləri sektorlara bölərək cihazla scan etdik. Gün ərzində 2 qar uçqunu olan ərazini "RECCO" cihazı ilə scan etdik. 3 fevral tarixində, səhər saat 9:00-da yenidən Mahmuddərənin yuxarı hissələrini cihazla scan etməyə başladıq. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri scan etdik. Günortadan sonra 3000 metr yüksəklikdə olan yamaclara baxdıq”. 

Dağçı S.Məmmədov qeyd edib ki, "RECCO" cihazı telefonların batareyaları və həmçinin bios batereyaları tükənsə belə sim kart çipinə siqnal vermə üstünlüyünə malikdir: "Ancaq təəssüf ki, qarın dərinliyi çox idi, və cihazın gücü buna imkan vermədi. Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. Bunları əldə etdiyimiz zaman yenidən axtarış üçün əraziyə qayıdacağıq”.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti