İtən təyyarənin axtarışları dayandırıldı

13:00 | 27.03.2014
İtən təyyarənin axtarışları dayandırıldı

İtən təyyarənin axtarışları dayandırıldı

Malayziya aviaşirkətinə məxsus itən Boinq-777 sərnişin təyyarəsinin axtarışları pis hava şəraiti ilə əlaqədar bu günlük dayandırılıb. Bu barədə "Associated Press" agentliyi xəbər yayıb. Hind okeanının cənub hissəsində hava şəraiti pisləşsə də, əməliyyata qoşulan təyyarələrin sayı artırılmaqda davam edir. Ən son Avstraliyanın Pert şəhərindən itkin düşmüş təyyarənin axtarışına müxtəlif ölkələrin hərbi və mülki xilasedici təyyarələrindən ibarət donanması havaya qalxıb. Son sutka ərzində Fransanın orbital peyki Avstraliyanın Pert şəhərindən 2500 kilometr aralıda axtarılan təyyarənin qırıntıları güman edilən 122 obyekt aşkar edib. Xatırladaq ki, Kuala-Lumpur–Pekin reysi ilə uçan «Boinq 777» təyyarəsi martın 8-də radarlardan itib. Onun göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM