İtən təyyarənin izi tapıldı

12:11 | 11.04.2014
İtən təyyarənin izi tapıldı

İtən təyyarənin izi tapıldı

Malayziyaya məxsus itən təyyarənin axtarışına cəlb olunmuş avstraliyalı mütəxəssislər bir neçə gün əvvəl əldə edilmiş siqnalların təyyarənin qara qutularına aid olduğunu əmindir. ANS PRESS-in məlumatına görə, bunu Avstraliyanın baş naziri Toni Ebbot bildirib. "Biz axtarış sahəsini həddindən artıq daraltmışıq və əminik ki, həmin bölgədə qeydə alınan siqnallar qara qutulardan əldə edilib". Lakin Avstraliyanın baş naziri axtarış əməliyyatının təfərrüatlarını açıqlamaqdan imtina edib. Ötən gün Avstraliyaya məxsus P-3 "Orion" patrul təyyarəsi Hind okeanının dibində qara qutulardan gəldiyi ehtimal edilən yeni siqnallar əldə edib. Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən yoxa çıxan təyyarədə ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub. Onların əksəriyyəti Çin vətəndaşlarıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür