Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.
ANN.Az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin əlavə qüvvələri də cəlb olunub. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsinin əməkdaşları da iştirak edir.
Qeyd edək ki, aprelin 7-də FHN-nin "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !