Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hesab edilən iki hərbçisi barədə məlumat yayıb.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan Azərbaycan hərbçilərinin onlara əsir düşmədiyini bildirib.
"Azərbaycan hərbçilərinin azmasını istisna etmirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinin qaldırdığı vəsatətdən bu nəticəyə gəlmək olar. Bu gün saat 15:00 radələrində (yerli vaxtla - red.) Qırmızı Xaçın İrəvan ofisi bizə müraciət edərək, Azərbaycan Silahlı Qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına təminat verilməsini xahiş edib.
Ermənistan Müdafiə Nazirliyi dərhal belə təminat verdi, belə olan halda isə proseslərin necə getməli olduğu Azərbaycan tərəfinə məlumdur. Bəyan edirik ki, Ermənistan tərəfində heç bir Azərbaycan hərbçisi keçməyib”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda kiçik serjant Musa Sabir oğlu Musayevin və Tural Sabir oğlu Yolçuyevin azaraq təmas xətttini keçdiyi deyilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !