IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir

10:15 | 23.06.2017
IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir

IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Anews.az-ın xəbərinə görə, bu gün ümumilikdə 57088 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şagirdlər imtahana "İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 83 imtahan binası ayrılıb. Bu gün 31713 ( Xocavənddə 76, Gəncədə 3266, Daşkəsəndə 274, Göygöldə 902, Samuxda 680, Xızıda 139, Mingəçevirdə 1176, Naftalanda 80, Goranboyda 1355, Şəkidə 1970, Oğuzda 568, Ağcabədidə 1712, Göyçayda 1262, Ucarda 870, Ağdaşda 1249, İsmayıllıda 1033, İmişlidə 1193, Füzulidə 788, Beyləqanda 1078, Sabirabadda 1749, Saatlıda 1021, Lənkəranda 2169, Astarada 1180, Lerikdə 661, Masallıda 2105, Xaçmazda 2007, Şabranda 672, Siyəzəndə 480 )  nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 83 imtahan binası ayrılıb. Bu gün 25373 (Xocavənddə 53, Gəncədə 2560, Daşkəsəndə 243, Göygöldə 754, Samuxda 515, Xızıda 93, Mingəçevirdə 998, Naftalanda 62, Goranboyda 1072, Şəkidə 1770, Oğuzda 526, Ağcabədidə 1481, Göyçayda 904 Ucarda 632, Ağdaşda 903, İsmayıllıda 804, İmişlidə 1064, Füzulidə 649, Beyləqanda 832, Sabirabadda 1755, Saatlıda 719, Lənkəranda 1783, Astarada 825, Lerikdə 492, Masallıda 1536, Xaçmazda 1473, Şabranda 509, Siyəzəndə 366) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 224 imtahan rəhbəri, 2778 nəzarətçi-müəllim ayrılıb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM