2023-cü ilin yeddi ayında Azərbaycana 164 684,85 min ABŞ dolları dəyərində buğda idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bildirilib ki, iyuna nisbətdə isə iyulda buğdanın ixrac dəyəri 79,3 faiz, həcmi isə 97 faiz artaraq müvafiq olaraq 19 119,8 min dollar və 84 793,49 ton təşkil edib.
023-cü il keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
2023-cü il Azərbaycanda ərzaqlıq buğda üçün 180 milyon manat vəsait ayrılıb. Taxıl fondunun artırılması üçün 87,1 milyon manat ayrılması nəzərdə tutulub.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
Dövlət Gömrük Komitəsinin cari ilin altı ay hesabatına görə Azərbaycan 493 min 210 ton buğda idxal edib. Bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.
Bugünədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb.
Respublikanın 42 rayonunda biçin davam edir. Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !