İzmirdə ABŞ-a məxsus USS WASP desant gəmisinin gəlişi nə etiraz edilib

15:30 | 04.09.2024
İzmirdə ABŞ-a məxsus USS WASP desant gəmisinin gəlişi nə etiraz edilib

İzmirdə ABŞ-a məxsus USS WASP desant gəmisinin gəlişi nə etiraz edilib

Türkiyənin İzmir şəhərində Amerikaya məxsus USS WASP desant gəmisinin gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib.

Belə ki, hətta amerikalı hərbçilər gəzinti zamanı hücuma məruz qalıblar. Bu məlumatı Amerikanın Türkiyədəki səfirliyi də təsdiqləyib.

Hadisə nəticəsində 13 nəfər saxlanılıb.

Bundan əvvəl Türkiyə Gənclik Birliyi (TYU) ABŞ hərbçilərindən birinə qarşı aksiya keçirdiyini bildirib.
 
Digər mənbələrə görə, Türkiyə vətəndaşları bu aksiya ilə ABŞ-ın Yaxın Şərq və Türkiyə siyasəti ilə razılaşmadığını vurğulamaq istəyiblər.
 
Amfibiya desant gəmisi, müntəzəm olaraq amfibiyalar, amfibik və ya xalq arasında olan adı ilə "Timsah daşıyan gəmilər" kimi tanınan bu gəmilər döyüş gəmiləri kimi təsnif edilirlər.
 
Bu tip gəmilər quru qoşunları tərəfindən desant əməliyyatları üçün istifadə olunur, eləcə də quru qoşunlarına maddi-texniki dəstək verir və dəniz əməliyyatlarında istifadə olunurlar. Bunun sayəsində həm qurudakı, həm də dənizdəki amfibiya desant əməliyyatlarında onlara böyük ehtiyac hiss olunur.
 
Bu tip gəmilər Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tərəfindən bir çox əməliyyatlarda istifadə edilib.
 
1970-ci illərin Tarawa Class gəmiləri 1989-cu ildə daha yeni və müasir Wasp Class gəmiləri ilə əvəz olunmuşdurlar.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM