Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil olmaq istəyir

15:30 | 14.04.2014
Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil olmaq istəyir

Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil olmaq istəyir

Rusiyanın heç bir subyekti ölkənin tərkibindən çıxmaq məsələsini qaldırmır. Rusiyanın tərkibinə isə nə vaxtsa bizimlə olan hamı qatılmaq istəyir. Qırğızıstan da, Daşkənd də, Aşqabad da, Qazaxıstan da, Tacikistan da, Moldova da, Azərbaycan da, Ermənistan da, Gürcüstan da. Hamı! Gürcülər bilirsiz bizi necə sevirlər? Lap çox. Monqolustanı da, Bolqariyanı da, Serbiyanı da əlavə etmək olar. Onlar bizimlə birgə olmağı arzulayırlar.Oxu.Az bildirir ki, RLDP lideri Vladimir Jirinovski bu haqda “Exo Moskvı” efirində Kremlin imperiya ambisiyalarını şərh edərkən deyib.Jirinovski eləcə də Ukrayna ilə bağlı yaxın planlarını da dilə gətirib: “Ukraynanın cənubi-şərqi Rusiyanın tərkibində olmalıdır. Bu Rusiyanın hissəsidir. Bu Rusiya İmperiyası Sovet İttifaqıdır. Və 1991-ci ildə bu əməliyyat tamamən qanunazidd olardı. Ukraynanın bütün cənubi-şərqi  - bütün şəhərlər knyaz Potemkin, Suvorov tərəfindən yaradılıb, Ukraynaya heç bir aidiyyatı yoxdur. Odessa Novorossiysk quberniyasının şəhəri idi. Müvəqqəti olaraq Ukrayna bayrağı altında olan: Krım, Odessa və 9 cənubi-şərqi region – Rusiyanın tərkibində olacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür