“Krım, əgər sən olmasaydın, nəyə lazımdı bu həyat”.
RLDP lideri Vladimir Jirinovski Rusiya televiziyasında yayımlanan “Bazar axşamı” verilişinin efirində krım-tatar dilində danışıb.
Oxu.Az bildirir ki, bu epizodun çəkilişinin YouTube verildiyini “Krım.Şərhlər” saytı bildirib.
Onun sözlərinə görə krım tatarlarının yarımadada baş verənlərlə əlaqədar müəyyən qorxuları var.
“Mən bizim nazirlərə Krıma gedərkən və Baxçasarayda olarkən, bəzən onların dilində bir-iki kəlmə deməklərini tövsiyə edərdim. Qoy onlar bilsinlər ki, onların problemlərindən xəbərdarıq” – deyən Jirinovski, krım-tatar dilində bir neçə cümlə ifadə edib.
“Krım tatarlarına şimdi baş vuruyorum. Ben şimdi daima dostluk, sülh, barış içində yaşamalıyıq. Hər zaman beraber olacayız. Başka çare yok. Krım, sevemez kimse, seni benim sevdiyim kadar. Sen olmasaydın bu hayat neye yarar”, (“Krım tatarları müraciətim sizədir. Daima dostluq, sülh və əminamanlıq içində yaşamalıyıq. Hər zaman bərabər olacayıq. Başqa çıxış yolumuz yoxdu. Krım, səni mənim sevdiyim qədər heç kim sevə bilməz. Sən olmasaydın bu həyat nəyə yarardı”) - deyə Jirinovski bəyan edib.
Sonra isə öz sözlərini rus dilinə tərcümə edərək, krım tatarlarına müraciət etdiyini və şeirdən bir misra sitat gətirdiyini deyib.
ANN.Az