Jirinovskidən ermənipərəst açıqlama

10:04 | 25.04.2014
Jirinovskidən ermənipərəst açıqlama

Jirinovskidən ermənipərəst açıqlama

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada yaşayan ermənilərin qondarma erməni soyqırımı nümayişində çıxış edib.

ANS PRESS-in xəbərinə görə, aprelin 24-ü Rusiyada yaşayan ermənilər qondarma erməni "soyqırımının" qəbul edilməsi və dünyaya çatdırılması üçün Moskvanın mərkəzində nümayiş keçiriblər. Rusiya erməniləri birliyi və rus-erməni əməkdaşlıq dərnəyinin təşkil etdiyi nümayişə Rus Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də iştirak edib."Mən təxminən 1 ay əvvəl Türkiyədə idim. Türkiyə prezidenti və millət vəkilləriylə görüşdüm. Onlar soyqırımı tanımağa qorxur. Çünki tanıdıqdan sonrakı mərhələdə təzminat ödəməlidirlər. Bu isə böyük məbləğdir. Buna görə də gələcək planlarımızı birlikdə düşünməliyik. "Soyqırımının" 100-cü ildönümünü böyük bir yerdə - Kremlin konsert salonunda qeyd edək." - deyə nümayişdə çıxış edən LDPR lideri Vladimir Jirinovski səsləndirib.Qeyd edək ki, hər il aprelin 24-də ermənilər qondarma erməni "soyqırımını" qeyd edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM