Jurnalist canlı yayım zamanı yaralanıb

13:56 | 24.09.2024
Jurnalist canlı yayım zamanı yaralanıb

Jurnalist canlı yayım zamanı yaralanıb

Livanlı jurnalist Fadi Boudia canlı yayım zamanı yaralanıb. Bu barədə  "Al Sumaria” telekanalı məlumat yayıb. 
 
Belə ki, jurnalist efirə paytaxt Beyrutdan Skyp vastəsilə qoşulub. 

Bu zaman onun arxasında bir partlayış səsi eşidilib və şüşə parçaları kişinin kürəyinə düşüb. 
 
Jurnalist bundan sonra efiri tərk edib. 
 
 İsrail ordusu Livanda şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirməkdə davam edir. 

Ordunun bildirdiyinə görə, son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın bu hissəsində Hizbullahın hərbi obyektlərinə, o cümlədən raket buraxılış qurğuları, silah anbarları və digər infrastrukturlara hücum edib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür