Elnur Əşrəfoğlu “Neftçi” ilə bərabər "Koper"lə oyuna Sloveniyaya yola düşübTanınmış jurnalist Elnur Əşrəfoğlu Bakının "Neftçi" futbol klubunun vitse-prezident ola bilər. Tahir Süleymanovun gedişindən sonra bu posta ən real namizəd Elnur Əşrəfoğlu sayılırdı.ANS PRESS-in məlumatına görə, bu xəbər artıq özünü doğruldub.Belə ki, bu gün səhər saatlarında Elnur Əşrəfoğlu “Neftçi” ilə bərabər "Koper"lə oyuna Sloveniyaya yola düşüb. Artıq paytaxt klubunda yeni vitse-prezidentin Əşrəfoğlu olduğunu deyə bilərik.Qeyd edək ki, Elnur Əşrəfoğlu əvvəllər də "Neftçi"də çalışıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !