• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq hüquq pozuntusudur? - AÇIQLAMA

Jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq hüquq pozuntusudur? - AÇIQLAMA
01.11.2023 09:59
Jurnalistin qanuni peşə fəaliyyətinə qəsdən zor tətbiq edərək mane olmaq onun hüquqlarının ciddi pozulması deməkdir. Bu barədə Azərbaycan Respublikası Cinayət məcəlləsi və "Media haqqında qanun"da bildirilir. Bunu media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib.
 
Media üzrə hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, jurnalistin qanuni peşə fəaliyyətinə qəsdən mane olmaq onun hüquqlarının pozulması deməkdir.
 
"Jurnalist iş saatından sonra çəkiliş edə bilməz deyə bir qanun-qayda yoxdur. Jurnalist öz vəsiqəsini göstərdikdən sonra ona bilərəkdən zor tətbiq edilməsi onun hüquqlarını pozur. Əgər əməliyyat-axtarış açıq şəkildə keçirilir və hüquq mühaifəzə orqanları kobudluğa yol verirsə, bu da hər kəsin görə biləcəyi mühitdədirsə, jurnalist qanunsuz olaraq qapalı olan bir əraziyə daxil olmayıbsa hadisəni görüb çəkə bilər. Ona heç kim deyə bilməz gördüyü iş əməliyyatın gizlilik prinsipini pozur. Polis əməkdaşının jurnalistin icazəsi olmadan telefonunundan hər hansı məlumatı silməsi, jurnalistin fəaliyyətinə birbaşa məhdudlaşdırır”, - hüquşünas qeyd edib.
 
Məmmədli bildirir ki, jurnalistin hüquqları pozularsa, hüquq pozuntusuna yol verən şəxslərdən şikayətçi olmalıdır.
 
"Jurnalistin hüquqları pozulan zaman, həmin şöbənin polis əməkdaşından şikayətçi olmalıdır. Öncə prokurorluğa hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına dair cinayət məcəlləsinin 163-cü maddəsi ilə cinayət işinin açılması barədə  şikayət ünvanlanmalı, daha sonra isə məhkəməyə müraciət etməlidir”, - o, əlavə edib.
 
Bəs görəsən çəkiliş zamanı jurnalistin  "press" yazılmış gödəkçə geyinməsi mütləqdirmi? Bu suala cavabında Məmmədli bildirib ki, jurnalistin üstündə "press" sözü yazılmış jilet geyinməsi qanunda nəzərdə tutulmuş mütləq tələb deyil.
 
"Jurnalistin "press" sözü yazılmış gödəkçə geyinməsi tələbi qanuni deyil, heç bir qanunda bu anlayış yoxdur. Jilet kütləvi tədbirlərdə fərqlənməq məqsədilə istifadə olunur.  Bu jurnalistin peşə qurumlarının sadəcə tövsiyyəsidir. Jurnalistin çantasında jilet daşıma öhdəliyi yoxdur”, - Məmmədli vurğulayıb. 
 
Mətbuat şurasının sədri Rəşad Məcid isə hesab edir ki, əvvəlki illərlə müqayisədə polis və jurnalist münasibətləri yaxşılaşmağa doğru gedir.
 
"İstər tədbir, istərsə də hər hansı bir aksiyalar zaman polislər daha səbrli davranmağa çalışırlar. Əgər hansısa polis jurnalistin hüquqlarını pozursa, təbii ki, bu yaxşı hal deyil",  - TRəşad Məcid bildirib.

Onun sözlərinə görə, aksiyalar zamanı jurnalistin üstündə "press" yazılmış jilet geyinmək tələbi var.  

Jurnalistin iş vaxtına gəldikdə isə Mətbuat Şurası rəhbərinin fikrincə, jurnalistin iş vaxtı adlanan anlayış  yoxdur.
 
"Jurnalist informasiya axtarır və tapır. Polisin keçirdiyi əməliyyat məxfidirsə və ciddi narahatlıq doğura biləcəyi ilə bağlı bunun yayılmasına ehtiyac duyulmursa jurnalistlər çalışmalıdılar ki, polisləri hövsələdən çıxarmasınlar”, - Rəşad Məcid əlavə edib. 
 
Bəs görəsən jurnalistlərin vəzifə borcunu yerinə yetirərkən ona mane olan polis və başqa vəzifə sahiblərinə qarşı ölkə qanunvericiliyində nə kimi cəzalar nəzərdə tutulub?
 
Ələsgər Məmmədli bildirir ki, bu kimi hallarla bağlı tədbirlər Cinayət Məcəlləsinin 163-cü və "Media haqqında qanun"-un 6-cı maddəsində tpvsif edilib.
 
Cinayət məcəlləsinin 163-cü maddəsinə görə (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməyə görə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Media haqqında qanunun 6-cı maddəsinə görə (jurnalist fəaliyyətinin təminatı), jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər. Onların peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
 
Məmmədli onu da bildirib ki, qanunda bu kimi cəza tədbirləri nəzərdə tutulsa da Azərbaycanda jurnalistlərin hüquqlarını pozan vəzifəli şəxslərin çox hissəsi cəzasız qalır. Bunun səbəblərindən biri də jurnalistlərin pozulmş hüquqlarını bərpa etməklə bağlı əksər hallarda məhkəməyə müraciət etməməsi, həmçinin azad məhkəmə və prokurorluq sisteminin olmamasıdır.  ci
 
İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.  
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol