• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Jurnalistlər bu qaydada vaksinasiya olacaq

Jurnalistlər bu qaydada vaksinasiya olacaq
06.04.2021 13:22
Azərbaycan Mətbuat Şurasının "COVID-19” xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciət aidiyyatı üzrə  Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb.

Mətbuat Şurasından Anews.az-a verilən məlumata görə, bununla bağlı agentlikdən Şuraya daxil olan məktubda bildirilir ki, jurnalistlərin vaksinasiya olunması ilə əlaqədar müvafiq tapşırıq verilib. Məktubda həmçinin vaksinasiya olunacaq jurnalistlərin siyahısının "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim edilməsinin vacibliyi vurğulanıb.

Mətbuat Şurası bununla əlaqədar olaraq KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

1. Adı, soyadı, atasının adı;

2. Doğum tarixi;

3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon). 

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər. 

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası KİV redaksiyaları tərəfindən daxil olmuş siyahıları ümumiləşdirib TƏBİB-ə təqdim edəcəkdir. Bundan sonrakı prosedur da tərəfimizdən diqqətdə saxlanılacaq. 


Mətbuat Şurası KİV rəhbərlərinə müraciət edərək onları əməkdaşlarının vaksinasiya olunması prosesinə həssas yanaşmağa, bununla bağlı nəzərdə tutulan proseduru mümkün qədər tez bir zamanda icra etməyə çağırır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol