Ermənistan mətbuatı yavaş-yavaş keçmiş hökumət rəhbərinin qanunsuz xərcləmələri faktlarını üzə çıxarmağa başlayıb. Hazırda Ermənistandan kənardakı villasında istirahət edən Tiqran Sarkisyanın vergi ödəyicilərinin pullarının qanunsuz xərclənməsi jurnalistlər tərəfindən ifşa edilib. Keçmiş baş nazir fevralın 23-24-də bir günlük Soçidə keçirilən Olimpiya oyunlarının açılış mərasiminə gedib. İrəvanda nəşr edilən "Joxovurd" qəzetinin əldə etdiyi sənədlərə görə, keçmiş nazir çarter reysinə görə 21 min dollardan artıq pul ödəyib. Bundan əlavə təyyarənin heyət üzvləri üçün də oteldə otaqlar sifariş verilib ki, bu da onun hesabına olub. Hesablamalara görə, bir gün ərzində Sarkisyan 24 min dollardan artıq pul xərcləyib. Özü də özünün pullarını yox, vergi ödəyicilərinin ciblərindən. Jurnalistlər keçmiş hökumət başçısına dair araşdırmaları davam etdirəcəklərinə söz veriblər. Onları xüsusilə Tiqran Sarkisyanın Avropada, sahil ərazilərindən birində özünə daşınmaz əmlakı hansı vəsaitlə aldığı maraqlandırır. //Anspress
Bizi sosial şəbəkələrdə izləyin !