Kabelsiz enerji daşındı - İLK DƏFƏ

21:32 | 13.03.2015
Kabelsiz enerji daşındı - İLK DƏFƏ

Kabelsiz enerji daşındı - İLK DƏFƏ

Yapon elm insanları kabeldən istifadə etməməklə 1,8 kilovat enerjinin mikrodalğalı təminatı ilə 55 metr uzağa daşımağa nail olublar. Bu üsul ilə gələcəkdə kosmosda quraşdırılacaq günəş panellərindən əldə olunan təmiz enerjinin dünyaya çatdırılması mümkün ola bilər.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Yapon Hava-Kosmik Araşdırma Agentliyi (JAXA) bazasında aparılan son araşdırma kabelsiz enerji təminatı məsələsində daşınmanın bir kilometr məsafəyə çatdırılması üzərində iş gedir. JAXA mütəxəssislərinin 55 metrlik məsafədə daşıdığı enerji hələlik yalnız bir su qızdırıcısını işlətməyə qadir olsa da, gələcəkdə daha böyük məsafələr üçün uğurlu nəticələr əldə ediləcəyi bildirilir.
 
KOSMOSDA GÜNƏŞ ENERJİSİ TOPLANIB DÜNYAYA ÇATDIRILACAQ

 
Kosmosda toplanacaq böyük miqdarda enerjinin dünyada istifadə edilməsi əhəmiyyətli bir addım olduğunu deyən JAXA sözçüsü "İlk dəfə həssa yönəltmə cihazının istismarı ilə 2 kilovata yaxın yüksək elektrik enerjisi daşdındı və ondan kiçik bir iş üçün istifadə olundu" - açıqlamasını verib.
 
O, uzun illərdir kosmos - günəş güc sistemləri üzərində çalışdıqlarını bildirib. Dünyadan təxminən 36 min kilometr uzaqlıqda qurulacaq panel və antenalarda toplanan günəş işığı enerjisinin mikrodalğalı ravi peyklər ilə yer üzünə göndərilə biləcəyini ifadə edib.
 
 2040-ci illərdə HƏYATA KEÇƏCƏK
 
Kosmosda günəş enerjisi panellərinin quraşdırılmasının Yer Kürəsində quraşdırılmasına nisbətən bir çox üstünlükləri var. Ən əsası hava vəziyyəti və günün işıqlı olan saatları kimi amilləri düşünməyə lüzum qalmadan 24 saat ərzində enerji toplanır. İlk olaraq 1960-cı illərdə ABŞ-da ortaya atılan bu ideyanın həyata keçirilməsi üçün 2009-cu ildən indiyə kimi Yaponiyada elm adamları çalışılır.  Bu layihə Yaponiya Nəqliyyat Nazirliyi tərəfindən maliyyələşdirilir. İlk mərhələdə işlərin aparıldığı bi layihənin alternativ enerji mənbəyi kimi 2040-ci illərdə tam qüvvəsi ilə həyata keçiriləcəyi planlaşdırılır.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM