Kadırov: "Arvadlarınızı WhatsApp-dan uzaq tutun"

17:00 | 20.05.2015
Kadırov:

Kadırov: "Arvadlarınızı WhatsApp-dan uzaq tutun"

Çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərinə belə bir müraciət edib: "Bir çeçen kimi hərəkət edin və xanımlarınızı WhatsApp-dan istifadə etməyə icazə verməyin".

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, çeçen prezident belə bir müraciətini yerli telekanallardan birinə verdiyi müsahibə zamanı səsləndirib. O, çeçen kişilərinə öz xanımlarını bağlı qapılar arxasında saxlanılmasını tövsiyyə edib. O, bir neçə gün bundan əvvəl mübahisəli nikah mərasimi haqqında məlumatın məhz WhatsApp vasitəsilə yayıldığına işarə edərək vurğulayıb ki, ailə qüruru həmişə önda dayanmalıdır: "Belə şeyləri WhatsApp vasitəsilə yayıb paylaşmayın. Kişilər öz qadınlarınızı WhatsApp-dan uzaq tutun".

Qeyd edək ki, Rusiya qanunlarına zidd olaraq R.Kadırov əvvəllər evli olan polis rəisinin özündən dəfələrlə kiçik, 17 yaşlı qızla evlənməsinə dəstək vermişdi. Ötən gün 47 yaşlı polis rəisi Nazhud Qucigovla evləndiyi deyilən 17 yaşlı Xeda Qoylabiyevanın evdən getməsinə dair xəbər dolaşmağa başlamışdı. Bu zaman Ramzan Kadırov özünün şəxsi "İnstagram" hesabından cütlüyün fotosunu yayaraq belə bir status paylaşmışdı: "Qızın ailəsi bu evliliyə icazə verib". Çeçenistan prezidentinin qanunsuz evliliyi müdafiə eləməsi bütün ölkədə müzakirə mövzusu olmuşdu.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM