Çeçenistanda "Mi-8” helikopteri kəskin küləyin təsirindən yerə çırpılıb.
anews.az xəbər verir, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Telegram-kanalında açıqlama verib.
Onun sözlərinə görə, helikopter sərhəd idarəsinə aid olub və Çeçenistanın İtum-Kalinsk rayonu üzrə təhkim olunub. Helikopterin göyərtəsində hərbiçilər zastavaya daşınıb.
"Helikopter sərhədçiləri düşürmək üçün eniş edirdi. Yerdən 2 metr yüksəklikdə olan zaman sərt külək əsdi. Helikopter tarazlığı itirdi, iki sərhədçi vaxtında özlərini yerə ata bildi. Yeddi nəfər isə hələ də onun göyərtəsində idi. Bir an sonra helikopter 150 metr dərinlikdə olan uçuruma düşdü”deyə Kadırov bildirib.
Helikopter martın 7-də Çeçenistanın İtum-Kalinsk rayonu ərazisində Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 6 nəfər həlak olub. Sağ qalan bir hərbiçi xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !