ANN.Az APA-ya istinadən xəbər verir ki, R. Kadırov B. Nemtsovun vəkillərinin ona verəcəyi suallarla maraqlandığını deyib.
"Mən məmnuniyyətlə ifadə verərəm. Əgər, bunu onun uşaqları tələb edirsə, problem yoxdur. Mən xatırlamıram, amma onlar iddia edirlər ki, guya mən Nemtsov və digərləri barədə "nə vaxt unudulurlar məndən danışmağa başlayırlar” demişəm”, - deyə o bildirib.
Xatırladaq ki, B. Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi B. Nemtsovun qətlində 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !