ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çeçenistan prezidenti Ramzan Kadırov Putinin heyranı olduğunu dilə gətirib: "Mənə və xalqım üçün etdiklərinə görə hər zaman Putinə minnətdar olacağam. Belə bir insana görə candan keçmək bəlkə ən az iş hesab olunar. Onun hər əmrini yerinə yetirəcəyimi, onun üçün bütün çətinliklərin öhdəsindən gələcəyimi bildirmək istəyirəm".
Bu günlərdə Kadırov Putin kimi hərəkət edib və özünün, eləcə də bütün dövlət adamlarının maaşlarını 10 faiz azaldıb.
Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin həm özünün, həm də digər vəzifəli şəxslərin maaşlarının 10 faiz azaldılması haqqında sərəncam imzalamışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !