Kadırov Ukraynanı hədələdi

20:38 | 21.05.2014
Kadırov Ukraynanı hədələdi

Kadırov Ukraynanı hədələdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyevə rusiyalı jurnalistləri azad etməyi məsləhət görüb. Əks təqdirdə Kadırov ”sərt hərəkət” edəcəyini bəyan edib.

Az.News.az “RİA Novosti”yə istinadən xəbər verir ki,R.Kadırov bu barədə öz şəxsi instaqram səhifəsində yazıb: “Biz jurnalistlərin necə ələ salındıqlarını, başlarında paketlərlə necə diz çökdürüldüklərini sakit izləməyəcəyik. Bizim jurnalistləri qeyri-qanuni saxlayanların öhdəsindən gəlmək üçün real imkanlarımız və qüvvəmiz var”. 

Xatırladaq ki, mayın 18-də Ukraynanın cənub-şərqində baş verənlərlə bağlı Kramatorsk şəhərindən reportaj hazırlayan Rusiya jurnalistləri Oleq Sidyakin və Marat Sayçenko bu ölkənin hərbçiləri tərəfindən saxlanılıb. Jurnalistlər terroristlərlə əməkdaşlıqda günahlandırılıblar. 

AzNews.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti