Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin açılış mərasimi keçirilib. Bu barədə "Report”un Türkiyə bürosu xəbər verib.
Açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin iştirak edib.
Məktəbin təməl daşının qoyulması mərasimi 2023-cü ilində aprelində baş tutub. Üçmərtəbədən ibarət məktəb binasında fiziki məhdudiyyəti olan uşaqların da təhsil alması üçün şərait yaradılıb. Məktəbdə tədris materialları ilə təchiz edilən 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı faliyyət göstərəcək.
Məktəbin girişində Heydər Əliyevin və Mustafa Kamal Atatürkün təsvirləri olan abidə ucaldılıb.
Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib ki, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər. O, "Azərbaycan məhəlləsi" layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb.
Sazişə əsasən ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1320 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.
Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir.
"Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !