Kamal Kılıçdaroğlu istefa verib?

09:39 | 31.03.2014
Kamal Kılıçdaroğlu istefa verib?

Kamal Kılıçdaroğlu istefa verib?

Türkiyənin anamüxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun tutduğu vəzifədən istefa verdiyi iddia olundu. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı Türkiyənin tanınmış jurnalisti Sevilay Yükselir öz twitter səhifəsində yayıb. “Kamal Kılıçaroğlu istefa verdi deyirlər... Doğrudur bu məlumat? Partiya üzvləri otağında onu qərarını geri götürməsi üçün razı salmağa çalışırlar” – deyə Sevilay Yükselir öz tvitində bildirib. CHP mərkəzindən ANS-in İstanbul bürosuna verilən məlumata görə, bu xəbər şayiədir və hazırda K. Kılıçdaroğlu seçkinin nəticələrini öz evindən izləyir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti