Kameron: "Türklər İngiltərəyə gəlməsin"

00:16 | 13.05.2014
Kameron: "Türklər İngiltərəyə gəlməsin"

Kameron: "Türklər İngiltərəyə gəlməsin"

Kameron İngiltərə xalqının artıq AB-nin genişlənməsini istəmədiyini qeyd edib

İngiltərə baş naziri David Kameron Türkiyənin Avropa Birliyinə üzv olması halında vətəndaşlarının işləmək üçün İngiltərəyə gəlməsini istəmədiyini söyləyib. 

ANS PRESS-in məlumatına görə, Kameron Türkiyə kimi ölkələrin vətəndaşlarının işləmək üçün İngiltərəyə gələ bilməsi üçün daha uzun müddət gözləmələri lazım olduğunu qeyd edib.

Kameron İngiltərə xalqının artıq AB-nin genişlənməsini istəmədiyini qeyd edib. O, irəlidə AB-yə ediləcək üzvlük müraciətlərinin veto edilə biləcəyi siqnalını verib. 

İngiltərə baş naziri yeni AB üzvü olan ölkələrin vətəndaşlarının Avropada səyahət etməsinin məhdudlaşdırmaq üçün qərarlar qəbul edilməsini istəyib. O bildirib ki, yeni üzv ölkələrin adam başı milli gəlirləri müəyyən bir səviyyəyə çıxdıqdan sonra Avropa daxilində səyahət etməsinə icazə verilməlidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti