Kamran Əliyev erməni separatçıların cinayət işindən danışdı

09:41 | 01.10.2024
Kamran Əliyev erməni separatçıların cinayət işindən danışdı

Kamran Əliyev erməni separatçıların cinayət işindən danışdı

Yaxın zamanlarda Bakıda həbsdə olan separatçıların cinayət işləri məhkəmələrə gööndəriləcək. Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. 
 
O bildirib ki, bu prosesin ibitidai istintaqı yekunlaşıb.
 
Baş prokuror söyləyib ki, proses üzrə zərərçəkən yoxdur və cinayət məsuliyyətinə cəlb olunanların hüquqları tanınır. 
 
 Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib.
 
Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM