Kanadanın müxalifət partiyaları Qarabağda baş verən son proseslərə cavab olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə CBC news məlumat verib.
Telekanalın məlumatına görə, sentyabrın 22-də Kanada Yeni Demokrat Partiyasının üzvləri Hizer Makferson və Alexandre Bouleris Kanada Xarici İşlər Nazirliyinə məktub göndərərək "beynəlxalq hüququn pozulmasına" görə məsuliyyət daşıyan Azərbaycanın fiziki və hüquqi şəxslərinə qarşı məqsədyönlü sanksiyaların tətbiqinə çağırıblar.
Bundan əvvəl Avropa İttifaqı Parlamentinin 60 üzvü və Almaniya Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi təklifi ilə bağlı çıxışlar ediblər.
Aİ vəziyyəti diqqətlə izlədiyini və üzv dövlətlər vəziyyətin inkişafı ilə bağlı növbəti addımları müəyyən edəcəklərini vurğulayıb.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !