“Neftçi” futbol klubu çilili futbolçu Nikolas Kanaleslə müqavilə bağlayıb. ANS PRESS-in məlumatına görə, çilili hücumçu 1+1 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu 2012/2013 mövsümündə olduğu kimi, yenə də 11 nömrə altında çıxış edəcək.Qeyd edək ki, futbolçu "Neftçi"nin Serbiyanın "Partizan"la Avropa Liqasının pley-off matçıları ərəfəsində komandanı gücləndirmək üçün transfer edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !