Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb

Hər zaman maraqlı layihələr təqdim edərək, ölkənin reklam və marketinq sektoruna töhfə verən Kapital Bank "Felis Mükafatları”nda müxtəlif kateqoriyalar üzrə 9 mükafata layiq görülüb. Təqdimat mərasimi 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi "Brand Week” tədbirində baş tutub.
Ümumilikdə 9 nominasiya üzrə qalib olan Kapital Bank, 4 qızıl, 4 gümüş və 1 bürünc mükafat qazanıb. Qalib gələn reklam işləri "Endorphin”, "FCB Artgroup Baku” və "Maverick” reklam agentlikləri ilə birgə hazırlanıb.
Reklam və marketinq sahəsində effektiv və kreativ işləri mükafatlandıran "Felis Mükafatları" tədbirində bu ildən etibarən artıq Azərbaycan şirkətləri də iştirak edib. 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunu mükafatlandıran, müraciətlər üzrə rekord qıran "Felis Mükafatları" marketinq və reklam sahəsində olan nüfuzlu tədbirlərdən biri hesab edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər