Ölkənin
birinci bankı Kapital Bank təhsil yönümlü layihələrə və peşəkar kadrların
inkişafına böyük önəm verir. Bu layihələr çərçivəsində 2023-cü il iyul ayında
tələbələr üçün "Birbank” təqaüd proqramı elan edilib. Təqaüd proqramına 3-cü
kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri
ortalama 81 bal və daha yuxarı olan gənclər cəlb olunublar. Bir neçə mərhələdə
təşkil edilən seçim prosesini uğurla keçən tələbələr "Birbank təqaüdçüsü” adını
qazanıblar.
Təqaüd
proqramı artıq öz müsbət nəticələrini verib. Belə ki, təqaüd almaqla yanaşı
tələbələrə "Data”, "Agile” və "Karyeraya doğru addımlar” mövzularında 3
bankdaxili sessiya, həmçinin "Karyera və peşəkar inkişaf”, "Kommunikasiya və
təqdimatların aparılması bacarıqları” mövzularında 2 təlim keçirilib. Bu
məşğələlər tələbələrə onların peşəkar inkişafı üçün lazımi bilik və bacarıqlar
qazandırmaq məqsədi ilə həyata keçirilib.
Növbəti
mərhələdə keçiriləcək təcrübə proqramları təqaüdçülərin ixtisasları ilə
uyğunlaşdırılıb. Belə ki, tələbələr təhsil aldıqları sahələr üzrə Kapital
Bank-da 3 ay müddətinə təcrübə keçməyə başlayıblar.
Tezliklə
"Birbank” təqaüd proqramının üzvləri mentorluq proqramına da cəlb olunacaqlar.
Ümumilikdə isə ilin sonunadək 6 sessiya və minimum 3 dəfə mentorlarla görüşlər
təşkil olunacaq. Məqsəd tələbələrin müvafiq sahə ilə bağlı bilik və
bacarıqlarının artırılmasıdır. Bundan əlavə oktyabr-noyabr ayları ərzində
tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirməsi üçün daha 2 təlimin
keçirilməsi nəzərdə tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !