• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir

Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir
13.03.2023 11:08
Kapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, daha qənaətcil tarif paketlərini və paket əlavələrini təqdim edir. Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.


Kapital Bank-ın məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank, bütün valyutalarda əməliyyatlar həyata keçirən və digər bank məhsullarından istifadə edən müştərilərinə "Hər şey daxil” tipli "Təməl”, "Uğur”, "İnkişaf” ,"Zirvə”, "Hədəf” tarif paketlərini, milli valyutada əməliyyatlara üstünlük verən müştəriləri üçün isə "Sərfəli” tipli "XS”, "S”, "M”, "L”, "XL” tarif paketlərini təqdim edir.


Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən "Valyuta Mübadiləsi”, "Hesabdan Məxaric” və "Əmək Haqqı”  adlı paket əlavələrindən yararlanma imkanı yaradıb.
Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər. 


Tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
4 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub
İqtisadiyyat 12:34
4 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub
Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadiyyat 12:29
Azərbaycanda sənaye istehsalı azalıb
Ölkədə iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 12:25
Ölkədə iqtisadiyyatı böyüyüb
Dörd ayda 148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
İqtisadiyyat 12:03
Dörd ayda 148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Google Pay artıq Yelo Mastercard istifadəçiləri üçün aktivdir!
İqtisadiyyat 11:32
Google Pay artıq Yelo Mastercard istifadəçiləri üçün aktivdir!
“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!
İqtisadiyyat 11:30
“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!
Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
İqtisadiyyat 11:27
Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 11:07
Aktiv vergi ödəyicilərinin sayı artıb
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol